Biz müsəlmanlar bu inacdayıq ki, həzrət Məsih dara çəkilməyib, qətlə yetirilməyib. Onun ruhu və cəsədi səmaya çəkilib və hazırda sağdır. Allah-taala buyurur: “Deyirlər ki, biz Məryəm oğlu İsa Məsihi, Allahın peyğəmbərini öldürdük. Hansı ki, o nə öldürülüb, nə də dara çəkilib. Sadəcə, bu iş onlara qaranlıq qaldı. Onun qətli ilə bağlı ixtilafda olanlar, şəkkə düşmüşlər, xəbərsiz qalmışlar və yalnız zənn-gümana uyanlardır. Şübhəsiz, onu öldürmədilər. Allah onu özünə doğru yüksəltdi. Allah yenilməz və hikmət sahibidir.”
Bəzi rəvayətlərdən aydın olur ki, həzrət İsa ramazan ayının 21-ci gecəsi səmaya yüksəldi. Əbu Bəsir imam Sadiqdən (ə) nəql edir ki, imam Baqir (ə) buyurmuşdur: “Əli öldürülən gecə sübh ağartısınadək üzərində təzə qan olmayan daş tapılmadı. Yuşə ibn Nun həmin gecə öldürüldü, İsa ibn Məryəm həmin gecə səmaya yüksəldi. Eyni gecədə imam Hüseyn (ə) qətlə yetirildi.” Qurani-kərimdən məlum olur ki, həzrət Məsih səmaya çəkildikdən sonra məsihilər arasında onun ölümü ilə bağlı mübahisələr getdi. Allah-taala buyurur: “Onun ölümü ilə bağlı ixtilafda olanlar şəkdədirlər, xəbərsizdirlər və yalnız gümana qapılırlar. Şübhəsiz, onu öldürmədilər.” İmam Baqir (ə) həzrət məsihin imam Mehdiyə (ə) oxşadılması haqqında buyurur: “Onun İsaya oxşarlığı mübahisəlidir. Çünki insanlardan bir qismi onun hələ doğulmadığını, bir qismi öldüyünü, başqa bir qismi öldürüldüyünü və dara çəkildiyini deyir.”
|