Admin: Fərəcov Asim Doğum Tarixi: 29.02.1992 Doğulduğu yer: Naxçıvan MR . Şərur rayonu. Dizə kəndi. İslama Tərəf (Allah Yolunda Gedənlər) - İncil və Məsihin möcüzələri haqda
   
  İslama Tərəf (Allah Yolunda Gedənlər)
  İncil və Məsihin möcüzələri haqda
 
İncil və Məsihin möcüzələri haqda PDF Print E-mailiniz
Bazar ertəsi, 18 İyul 2011 18:10

 

Həzrət Məsihin peyğəmbərliyi dövründə baş vermiş hadisələrdən biri səmaviİncil kitabının Allah tərəfindən nazil edilməsidir. Girami İslamPeyğəmbəri (s) belə buyurur: “İncil ramazan ayının 13-cü gecəsi nazil oldu.”[1]Ayələrdən məlum olur ki, İncil həzrət İsaya birdəfəyə nazil olub. Quran buyurur: “(Öncəki peyğəmbərlərin) Ardınca Məryəm oğlu İsanı göndərdik. O özündən öncə gəlmiş Tövratı təsdiq etdi. Ona İncil verdik və bu kitabda hidayət və nur var. O (İncil) özündən öncə gəlmiş Tövratı təsdiq edir, təqvalılar üçün hidayət və moizədir.”

 

Qurandan aydın olur ki, əgər İncil göstərişləri həyata keçərsə, insanları və cəmiyyəti səadətə çatdıra bilər. Buyurulur: “Əgər onlar Tövrata, İncilə və Rəbləri tərəfindən nazil olana (Qurana) əməl etsələr, göydən və yerdən ruzi yeyərlər. Onlardan bir dəstəsi mötədil, orta həddi gözləyəndir. Amma çoxları pis işlər görür.”[2]

Qurani-kərimin digər bir ayəsində məsihilər İncilə əməl etməyə çağırılır: “İncil əhli də Allah tərəfindən nazil olan əsasında hökm etsin. Allahın nazil etdiyi əsasında hökm etməyənlər fasiqlərdir.” Ayələrdən birində oxuyuruq: “De ki, ey kitab əhli! Sizin heç bir düzgün ayininiz yoxdur. Yalnız Tövrat, İncil və Rəbbiniz tərəfindən nazil olana əməl edin. Amma Rəbbin tərəfindən sənə lazım olan onların çoxunun tüğyan və küfrünü artırır. Bu kafir qövmə görə qəmgin olma.”[3] İncildə Allah yolunda cihada çağırılır. Quranda oxuyuruq: “Allah möminlərdən onların canlarını və mallarını satın alır ki, behişt onların olsun. Allah yolunda vuruşurlar, öldürürlər və öldürülürlər. Bu onun üçün haqq bir vəddir. Bu vəd Tövratda, İncildə və Quranda zikr olunub.”[4]

Quran ayələrindən aydın olur ki, İncil İslam peyğəmbərinin zühuru ilə bağlı müjdə vermişdir: “Allahın rəsuluna və məktəb görməmiş peyğəmbərə tabe olarlar. Bu peyğəmbərin kimliyini əllərindəki Tövrat və İncildə taparlar. Onları yaxşı işlərə çağırır və pislikdən çəkindirir. Paklar onlar üçün halal, qeyri-paklar onlar üçün haram sayılır. Üzərlərindəki ağır yük və zəncirlər götürülür. Ona iman gətirib yardım göstərənlər ona nazil olmuş nura tabe olar və onlardır nicat tapanlar.”[5]

Əllamə Təbatəbai buyurur: “Bəzi ayələrin zahirindən belə görünür ki, əsl Tövratdan yəhudilərin, əsl İncildən məsihilərin əlində var. Ayədə buyurulur: “Səni necə mühakiməyə çağırırlar?! Bir halda ki, Tövrat əllərindədir və onda Allahın hökmü var.”[6] Başqa bir ayədə oxuyuruq: “Məsihilik iddiasında olanlardan əhd aldıq. Amma onlar edilən xəbərdarlıqların mühüm hissəsini unutdular.”[7]

 

HƏZRƏT MƏSİHİN MÖCÜZƏLƏRİNƏ ETİQADIMIZ

Möcüzəsi olmayan heç bir peyğəmbər yoxdur. Allah-taala göndərdiyi elçinin peyğəmbərliyini təsdiq etmək üçün onu möcüzələrlə silahlandırır. Möcüzə verilmiş peyğəmbərlərdən biri də həzrət Məsihdir. Allah-taala həzrət Məsihin möcüzələri haqqında buyurur: “(Onu) Rəsul və elçi olaraq Bəni-İsrailə doğru göndər. (Onlara desin ki) Mən Rəbbiniz tərəfindən sizin üçün bir nişanəyəm. Gildən quş formasında bir şey düzəldirəm. Onu üfürürəm və Allahın əmri ilə quşa çevrilir. Allahın izni ilə anadangəlmə koru, cüzamı sağaldıram, Allahın izni ilə ölüləri dirildirəm, yedikləriniz və evlərinizdə topladıqlarınız haqqında sizə xəbər verərəm. Əgər imanınız olsa, bütün bunlarda sizin üçün nişanələr var.”[8]

Başqa bir ayədə oxuyuruq: “(Xatırlayın) Bir zaman Allah İsa ibn Məryəmə buyurdu: “Sənə və anana bəxş etdiyim neməti yada sal; beşikdə olduğun vaxt səni Ruhul-qüdslə gücləndirdim, insanlarla danışdın; bir zaman sənə kitab, hikmət, Tövrat və İncil öyrətdim; bir zaman Mənim əmrimlə gildən quş düzəltdin; onu üfürdün və Mənim əmrimlə quş oldu. Sən Mənim əmrimlə anadangəlmə koru və cüzam xəstəsini sağaldırdın; ölüləri Mənim əmrimlə dirildir, onlara aşkar dəlillər gətirirdin. Amma kafirlərdən bir dəstəsi dedi: “Bütün bunlar yalnız aşkar bir sehrdir.”[9]

Həzrət İsanın möcüzələri yuxarıda sadalananlarla başa çatmır. Onun Quranda zikr olunmamış möcüzələri də vardır. Quranın xatırladığı möcüzələrdən biri də həzrətin duası ilə ilahi süfrənin açılması idi. Quran bu barədə buyurur: “İsa ibn Məryəm ərz etdi: “Xudavənda, bizə səmadan süfrə endir, əvvəl və axırımız üçün bayram və Səndən nişanə olsun. Bizə ruzi ver, Sən ən üstün ruzi verənsən.”[10]

 


 

[1] Biharul-ənvar, 14-cü cild, səh.283.

[2] Maidə surəsi, ayə 46.

[3] Maidə surəsi, ayə 68.

[4] Tövbə surəsi, ayə 111.

[5] Əraf surəsi, ayə 157.

[6] Maidə surəsi, ayə 43.

[7] Əl-Mizan, 3-cü cild, səh.308.

[8] Ali İmran surəsi, ayə 49.

[9] Maidə surəsi, ayə 110.

[10] Maidə surəsi, ayə 114.


 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol