19-cu yüziilikdə İranda çəkilmiş xəyali bir On iki imam rəsmi
On iki imam vəya On iki imamlar, İslam dininin Şiəməzhblərindən "İmamiyə-i isnə aşəriyə" ("On ikiçilik", fıqhi məzhəp olaraq "Cəfərilik") məzhəbinin qəbul etdiyi imamlar silsiləsinə verilən addır. Ələvilikdə də 12 imam inamı əsas dini təməldir.
İslama görə sonuncu peyğəmbər olan Məhəmmədin əmisi oğlu və IV Ərəb İslam xəlifəsi olan Əli ilə başlayan on iki İmam; Hz. Məhəmmədin nəvələrindən Hüseynin soyundan davam edir və nə vaxtsa zühur edəcək xilaskar olaraq qəbul edilən Mehdi ilə bitir. Quranda belə buyurulur :
Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə (ulul-əmrə) itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə e’tibarilə daha yaxşıdır.[1]
Cəfərilik məzhəbinə görə Qurani-Kərimin məhz bu ayəsindəki Peyğəmbər ilə
birgə itaət olunması vacib olan "ulul-əmr" (əmr sahibi) ifadəsində məqsəd məhz
bu on iki imamlardır. Bundan başqa cəfərilər belə hesab edirlər ki, İslamın həqiqi
xəlifəliyi (vilayətə uyğun olaraq) on iki İmama aiddir. İmamət adı verilən bu xüsusiyyət Cəfəri məzhəbinin əsas dini təməllərindən birini təşkil edir.
On iki İmam yalnız Şiə - Cəfəri və Ələvilik məzhəbində deyil,
həm də sünnilikdə də qəbul olunur. Lakin çox ciddi fərqlər var.
1)On iki imamın kimliyi
2)On ikinci, sonuncu imamın mövcudluğu
3)İmamların məsumluğu
Belə ki, sünnilər 12 İmamın məsumluğunu inkar edirlər. İsmət
(günahsız olmaq) sifətinin yalnız peyğəmbərlərə xas
xüsusiyyət olduğunu bildirirlər. Şiələr isə əksini iddia edirlər.
Şiələrə görə isə 12 imam və Xanım Fatimeyi Zəhra məsumdurlar.
On iki İmam bunlardır :
No |
Adı |
Künyəsi |
Nəsəbi |
Ləqəbi |
Yaşadığı tarix |
1 |
İmam Əli
(علي) |
Əbu-l Həsən
(أبو الحسن) |
İbn Əbu Talib
(إبن أبي طالب) |
Əmir-əl Mu'minin
(أمیر المؤمنین)
Əl-Mürtəza
(المرتضى) |
600 – 661 |
2 |
İmam Həsən
(ألحسن) |
Əbu Muhamməd
(أبو محمد) |
İbn Əli ibn Əbu Talib
(إبن علي إبن أبي طالب) |
Əl-Müctəba
(ألمجتبی) |
625 – 669 |
3 |
İmam Hüseyn
(ألحسین) |
Əbu Abdullah
(أبو عبداللھ) |
İbn Əli ibn Əbu Talib
(إبن علي إبن أبي طالب) |
Seyyid əş-Şühəda
(سید الشھداء) |
626 – 680 |
4 |
İmam Əli ibn Hüseyn
(علي) |
Əbu Muhamməd
(أبو محمد) |
İbn əl-Hüseyn
(إبن الحسین) |
Zeyn əl Abidin
(زین العابدین) |
658 – 713 |
5 |
İmam Muhamməd
(محمد) |
Əbu Cəfər
(أبو جعفر) |
İbn Əli
(إبن علي) |
Əl-Bâqir
(ألباقر) |
676 – 743 |
6 |
İmam Cəfər
(جعفر) |
ƏbucAbdullah
(أبو عبداللھ) |
İbn Muhamməd
(إبن محمد) |
Əs-Sâdiq
(ألصادق) |
703 – 765 |
7 |
İmam Musa
(موسی) |
Əbu İbrahim
(أبو إبراھیم) |
İbn Cəfər
(إبن جعفر) |
Əl-Kâzım
(ألکاظم) |
745 – 799 |
8 |
İmam Əli
(علي) |
Əbu-l Həsən
(أبو الحسن) |
İbn Musa
(إبن موسی) |
Ər Riza
(ألرضا) |
765 – 818 |
9 |
İmam Muhamməd
(محمد) |
Əbu Cəfər
(أبو جعفر) |
İbn Əli
(إبن علي) |
Əl-Cəvad
(الجواد)
Təqî
(التقي) |
810 – 835 |
10 |
İmam Əli
(علي) |
Əbu-l Həsən
(أبو الحسن) |
İbn Muhamməd
(إبن محمد) |
Əl-Hâdî (ألھادي),
Ən-Nəqî (ألنقي) |
827 – 868 |
11 |
İmam Həsən (ألحسن) |
Əbu Muhamməd
(أبو محمد) |
İbn Əli
(إبن علي) |
Əl-Əskərî
(ألعسکري) |
846 – 874 |
12 |
İmam Muhamməd Məhdi
(محمد) |
Əbu Qasım
(أبو قاسم) |
İbnül-Həsən
(إبن الحسن) |
Əl-Məhdi
(ألمھدي) |
869 |
On iki İmam hədislərdə
19-cu yüziilikdə İranda çəkilmiş xəyali bir On iki imam rəsmi
www.islamateref.tr.gg
Bunu da diqqətinizə çatdırırıq ki, indiyədək müsəlmanlara rəhbərlik etmiş
"Bəni Üməyyə" və "Bəni Abbas" xəlifələri bu hədislərə uyğun gəlmir.
Çünki "Bəni Üməyyədən olan xəlifələr də, "Bəni Abbas"-dan olan xəlifələr
də 12 nəfərdən çox olmuşdur. Həzrət Peyğəmbərin (s) hədisi ilə uyğun
gələn yeganə şəxslər, məsum imamlar və peyğəmbərimizin pak
Əhli-beytidir. Bu isəƏhli- beyt məktəbinin həqiqət və doğru olduğunu
göstərir. Belə bir sual yaranır ki, nə üçün haqq olan on iki imamın adları
Qur'anda aşkar şəkildə qeyd olunmamışdır? Xatırladırıq ki, belə bir sual
keçmiş zamanlarda da imamlarımızdan soruşulmuş və o həzrətlər də
onların cavabını vermişlər. Belə ki, Əbu Bəsir İmam
Sadiq (əleyhissalam)-dan soruşur:
Yəbnə Rəsulilllah, cammat bizə deyir ki, nə üçün
Allah-taala Qur'ani kərimdə Əli və onun Əhli-beytinin
adlarını çəkməmişdir?
İmam buyurdu: Onlara belə cavab verin ki, həqiqətən
Rəsuli-Əkrəmə namaz hökmü nazil oldu, amma
Allah-taala onun üç və ya dörd rəkət olmasını bəyan
etmədi. Həzrət Peyğəmbər (s) də özü camaat üçün
rəkətlərin sayını bəyan etdi.
həmçinin, zəkatın hökmü ümumi şəkildə nazil oldu,
amma onun incəlikləri və hansı halda vacib olması
bəyan olunmadı və Peyğəmbər özü şəxsən onları aydınlaşdırdı.
Habelə, Allah-taala həccin vacib olmasını əmr etdi, amma
neçə dəfə təvaf etməyin vacib olmasını bəyan etmədi və
Peyğəmbər bunu da özü camaata bəyan etdi. Həmçinin
Allah taala "Allaha, Onun Rəsuluna və əmr sahiblərinə
itaət edin" ayəsini nazil etdi, amma əmr sahiblərinin
kimlər olduğunu bəyan etmədi və bunun aydınlaşdırılmasını
Peyğəmbərin öhdəsinə qoydu. Həzrət Peyğəmbər
müxtəlif hadisələrlə əlaqədar olaraq əmr sahiblərinin,
(yə'ni özündən sonra ümmətin imamları və özündən
sonra haqq canişinlərinin kimlər olduğunu) dəfələrlə
bəyan etmiş və islam ümmətinə çatdırmışdır."
Mən qulami xanədanam, padişahımdı Əli,
Ehtiyacım var ona püşdü-pənahımdı Əli,
Könlümü qıldı münəvvər, mərhəmanımdı Əli,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Gəldilər həqdən bəyanə sirri ağaz etdilər,
Sözləri ilə bu cahan mülkinə pərvaz etdilər,
Həmdülillah, biz gədanı məhrəmi-raz etdilər,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Ta əzəldən padişahımdır Həsən xülqi-riza,
Dünyavi üqbəda sərtacım Hüseyni Kərbala,
Nuri çeşmimdir İmam Zeynul-İbad,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Canu dildən bəndəye Baqir, qulami Cəfərəm,
Museyi-Kazım, İmam Rzaya kəmtərəm
Şah Təqi, Baba Nəqi yolunda paki-bəstərəm,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Masəva tərk eyləyib bizləri diyari ləhlətə,
Hakim onlardır, bu gün layiqdir onlar hörmətə,
Lah deyənlər uğrayırlar bu cahanda möhnətə,
Qibləgahımdır Məhəmməd , səcdəgahımdır Əli.
Cümləmiz arzu edənlər Əskəriyyə əsgərüz,
Mehdiyi-Sahib Zamana biz təvəlla eyləriz,
Həmdillah eylə Ey Nəsimi, biz yolunu gözləriz,
Qibləgahımdır Məhəmməd, səcdəgahımdır Əli.[2]
İmadəddin Nəsimi
Haqqında nəql olunan kəlamlar
]
Şiəlikdə
Sünnilikdə
]
(حديث مرفوع) حَدَّثَنِي مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، حَدَّثَنَا غُنْدَرٌ ، حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ الْمَلِكِ ،
سَمِعْتُ جَابِرَ بْنَ سَمُرَةَ ، قَالَ : سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ :
" يَكُونُ اثْنَا عَشَرَ أَمِيرًا ، فَقَالَ كَلِمَةً لَمْ أَسْمَعْهَا ، فَقَالَ أَبِي ، إِنَّهُ قَالَ : كُلُّهُمْ مِنْ قُرَيْشٍ "
[3]
Cabir ibn Abdullah : " Nəbi (s) - nin : "(Bir dövürdə)
on iki əmir olacaqdır.
(O zamana qədər İslam əziz qalacaqdır)",- deyə buyurduğunu
eşitdim."- demişdir. Yenə Cabir : Ancaq Peyğəmbərin söylədiyi
bir kəliməni eşitməmişdim. Onu da atam
(Səmurə) : "Rəsulillah (s) : -
Bunların hamısı Qureyş-dəndir",- buyurduğunu dedi."[4]
حدثنا قتيبة بن سعيد حدثنا جرير عن حصين عن جابر بن سمرة قال سمعت النبي صلى الله
عليه وسلم يقول ح وحدثنا رفاعة بن الهيثم الواسطي واللفظ له حدثنا خالد يعني ابن عبد الله الطحان
عن حصين عن جابر بن سمرة قال دخلت مع أبي على
النبي صلى الله عليه وسلم فسمعته يقول إن هذا الأمر لا ينقضي حتى يمضي فيهم اثنا عشر
خليفة قال ثم تكلم بكلام خفي علي قال فقلت لأبي ما قال قال كلهم من قريش
[5]
Bizə Kuteybə ibn Səid rəvayət etdi.
(Dedi ki) : Bizə Cərir, Hüseyndən, o da
Cabir ibn Səmurədən nəqlən rəvayət etdi.
Mən Peyğəmbər (s) - i (belə) buyurarkən eşitdim,
deyib : Bizə Kifəa ibn Heysəm əl-Vasiti də rəvayət
edib. Lafiz onundur. (Dedi ki) : Bizə Xalid (yəni ibn
Abdullah ət-Təhhan) Hüseyndən, o da Cabir ibn
Səmurədən nəqlən rəvayət etdi. Cabir belə deyib
: Atamla birlikdə Peyğəmbər (s) - in yanına daxil
oldum. Və onu : "Həqiqətən bu iş onların aralarında
on iki xəlifə gələnə qədər bitməyəcəkdir !" buyurarkən
eşitdim. Sonra mənə gizli qalan bir sözü danışdı.
Həmən atama : - Nə dedi ? deyə soruşdum. - "Hamısı
Qureyşdəndir" (buyurdu) dedi. [6]
حَدَّثَنَا حَسَنُ بْنُ مُوسَى ،
حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنِ الْمُجَالِدِ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ مَسْرُوقٍ ، قَالَ : كُنَّا جُلُوسًا
عِنْدَ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ ، وَهُوَ يُقْرِئُنَا الْقُرْآنَ ، فَقَالَ لَهُ رَجُلٌ : يَا أَبَا عَبْدِ الرَّحْمَنِ ،
هَلْ سَأَلْتُمْ
رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : كَمْ تَمْلِكُ هَذِهِ الْأُمَّةُ مِنْ خَلِيفَةٍ ؟ فَقَالَ عَبْدُ اللَّهِ بْنُ مَسْعُودٍ :
مَا سَأَلَنِي عَنْهَا أَحَدٌ مُنْذُ قَدِمْتُ الْعِرَاقَ قَبْلَكَ ، ثُمَّ قَالَ : نَعَمْ
، وَلَقَدْ سَأَلْنَا رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : ” اثْنَا عَشَرَ ، كَعِدَّةِ نُقَبَاءِ بَنِي إِسْرَائِيلَ
Məsruk dedi ki: Abdullah ibn Məsudun yanında
oturmuşduq və o bizə Quran oxuyurdu.
Birisi ona belə dedi: "Ey Əbu Əbdurrəhman!
Rəsulullahdan soruşdunuz mu özündən sonra
ümmətində neçə dənə xəlifə gələcək ?
" Abdullah ibn Məsud dedi ki: "Mən İraqa gələndən
bəri bu sualı məndən sadəcə sən soruşdun.
Bəli, Rəsulullahdan soruşudq, buyurdu ki:
"On iki adam, İrail Oğullarının naqibləri kimi "[7]
بسند حسن
sənədi həsəndir[8]
حدثنا عمرو بن
عثمان حدثنا مروان بن معاوية عن إسمعيل يعني ابن أبي خالد عن أبيه عن جابر
بن سمرة قال سمعت رسول الله صلى الله عليه وسلم يقول لا يزال هذا الدين قائما حتى يكون
عليكم اثنا عشر خليفة كلهم تجتمع عليه الأمة فسمعت
كلاما من النبي صلى الله عليه وسلم لم أفهمه قلت لأبي ما يقول قال كلهم من قريش
[9]
Cabir ibn Səmurə (r.ə.) belə demişdir : Rəsulillah (s) - ın belə buyurduğunu eşitdim :
"Sizə ətrafında (bütün) ümmətin toplanacağı on iki xəlifə gələnə qədər, bu din ayaqda
qalmağa (mövcud olmağa-red) davam edəcəkdir." (Bu arada)Rəsulillah (s) - dan bir
söz eşitdim amma başa düşmədim, atama : Rəsulillah (s) nə deyir ?" dedim.
"Hamısı Qüreyşdəndir" (buyurdu) dedi. [10]
حدثنا موسى بن
إسمعيل حدثنا وهيب حدثنا داود عن عامر عن جابر بن سمرة قال سمعت رسول الله صل
الله عليه وسلم يقول لا يزال هذا الدين عزيزا إلى اثني عشر خليفة قال فكبر الناس
وضجوا ثم قال كلمة خفيفة قلت لأبي يا أبت ما قال قال كلهم من قريش حدثنا ابن
نفيل حدثنا زهير حدثنا زياد بن خيثمة حدثنا الأسود بن سعيد الهمداني عن جابر بن سمرة
بهذا الحديث زاد فلما رجع إلى منزله أتته قريش فقالوا ثم يكون ماذا قال ثم يكون الهرج
[11]
Cabir ibn Səmurə (r.ə.) belə demişdir : Rəsulillah (s) - ı
bunları deyərkən eşitdim. "On iki xəlifə (gəlincə) yə qədər
bu din əziz olaraq davam edəcək." Bundan sonra insanlar,
təkbir gətirdilər, fəryad etdilər. Sonra Rəsulillah (s) səssizcə
(yavaş-red) bir şey söylədi, Atama : "Atacan, Rəsulillah (s)
nə dedi ?" dedim "Hamısı Qureyşdəndir (buyurdu) dedi.[12]
Əsvəb Səid əl Həmədani, Cabir ibn Səmurə (r.ə.)-dən bu
(əvvəlki) hədisi rəvayət etdi və bunu əlavə etdi
: Rəsulillah(s) evinə dönndükdən sonra Qureyşlilər
ona gəlib "Sonra nə olacaq ?" dedilər.
"Fitnə və daxili müharibə" buyurdu.[13]
حدثنا أبو كريب محمد بن العلاء حدثنا عمر بن عبيد الطنافسي عن سماك بن حرب عن جابر بن
سمرة قال قال رسول الله صلى الله عليه وسلم يكون من بعدي اثنا عشر أميرا قال ثم تكلم بشيء
لم أفهمه فسألت الذي يليني فقال كلهم من قريش قال أبو عيسى هذا حديث حسن صحيح حدثنا أبو
كريب حدثنا عمر بن عبيد عن أبيه عن أبي بكر بن أبي موسى - ص 435 - عن جابر
بن سمرة عن النبي صلى الله عليه وسلم مثل هذا الحديث وقد روي من غير وجه عن جابر
بن سمرة قال أبو عيسى هذا حديث حسن صحيح غريب يستغرب من حديث
أبي بكر بن أبي موسى عن جابر بن سمرة وفي الباب عن ابن مسعود وعبد الله بن عمرو
[14]
Cabir ibn Səmurə (r.ə.)-dən rəvayətə görə, Rəsulullah (s)
belə buyurmuşdur : " Məndən sonra on iki idarəçi gələcək."
Cabir deyir ki ; sonra bir şey daha söylədi lakin anlaya
bilmədim və yanımdakı şəxsdən soruşdum. Dedi ki :
"Hamısı da Qüreyş-dəndir."[15]
A'təl adlı bir yəhudi peyğəmbərimizin yanına gələrək "Ey Məhəmməd!
Uzun zamandır səndən soruşmaq istədiyim bir neçə sual var; əgər
cavab versən sənin əlinlə müsəlman olacağam" dedi. Peyğəmbərimiz
"Soruş ey Əmmarə!" deyincə yəhudi suallarını soruşmağa başladı.
Cavablarını aldıqdan sonra da "Doğru söylədin" dedi. Sonra
"Yaxşı, sənin xəlifən kimdir?" deyə soruşdu. Verdiyi suala açıqlama olaraq
"Çünki xəlifəsi olmayan peyğəmbər yoxdur; bizim peyğəmbərimiz Musa b. İmranın xəlifəsi
də Yuşa b. Nun idi." dedi. Bundan sonra Peyğəmbərimiz belə buyurdu:
"Mənim xəlifəm Əli b. Əbu Talibdir. Ondan sonra mənim iki nəvəm olan Həsən və Hüseyndir.
Sonra daHüseynin nəslindən doqquz adam bir-birinin ardınca gəlirlər."
Yəhudi -"Ey Məhəmməd! Onların adları nədir?" deyə soruşduqda peyğəmbərimiz yenə belə
buyurdu: "Hüseyn dünyadan köçdükdən sonra oğlu Əli , ondan sonra oğlu Məhəmməd , ondan
sonra oğlu Cəfər , ondan sonra oğlu Musa , ondan sonra oğlu Əli , ondan sonra oğlu
Məhəmməd , ondan sonra oğlu Əli , ondan sonra oğulu Həsən , ondan sonra da oğlu
Hüccətullah Məhəmməd Məhdidir. Bunlar on iki nəfərdir." Yəhudi, daha sonra müsəlman
oldu və bu hidayətindən dolayı Allaha həmdü-səna etdi.[16][17]