Əli bin Əbu Talib
Əli ibn Əbu Talib (ərəbcə: علي بن أﺑﻲ طالب) - İslam dininə əsasən sonuncupeyğəmbər Məhəmməd ibn Abdullahın səhabəsi, əmisi oğlu, yeznəsi, şiələrə görə xəlifəsi, III Ərəb İslam xəlifəsi, şiələrə görə I imam, xəlifə və II məsum.
Əlinin besətdən (Məhəmməd peyğəmbərliyə seçilməzdən) on il qabaq dünyaya gəlməsini, İslami hadisələrdə Peyğəmbərlə çiyin-çiyinə olmasını və o Həzrətin vəfatından sonra 30 il yaşamasını nəzərə almaqla onun (Əlinin) 63 illik ömrünü beş hissəyə bölmək olar:
Təvəllüddən Peyğəmbərin(s) besətinə qədər[
]
Əlinin dünyaya gəlməsindən Həzrət Məhəmmədin (s) besətinə (peyğəmbərliyə seçilməsinə) qədər Yuxarıda qeyd etdik ki, əgər Əlinin ömrünü beş hissəyə bölsək birinci hissə o Həzrətin təvəllüdündən Peyğəmbərin(s) besətinə qədərki dövrü əhatə edəcək. Əlinin ömrünün bu hissəsi on ildən çox deyil. Çünki Hz. Əli doğulanda Peyğəmbərin(s) artıq otuz yaşı var idi və o, peyğəmbərliyə qırx yaşında olarkən yetişmişdir. Deməli, Məhəmməd peyğəmbər(s) Məhəmməd peyğəmbər(s)seçilərkən Əlinin cəmi on yaşı var idi.
Əli Məhəmməd peyğəmbər (s)qucağında[
]
Əli ömrünün həssas olan ruhi və fiziki cəhətdən formalaşma dövrünü Məhəmməd peyğəmbərin (s) evində və onun təlim-tərbiyəsi altında keçirmişdir. İslam tarixçiləri bu barədə yazırlar: "Bir il Məkkədə aclıq üz vermişdi. Bu zaman peyğəmbərin əmisi Əbu Talib böyük bir ailəyə başçılıq edirdi. Onları çox çətinliklə dolandırırdı. Məhəmməd peyğəmbər(s) Bəni-Haşim tayfasının varlılarından olan digər əmisi Abbasa təklif etdi ki, Əbutalibin dolanışığına kömək etmək məqsədilə gedib hərəmiz onun bir uşağını götürüb öz evimizdə saxlayaq. Abbas Peyğəmbərin (s) bu təklifi ilə razılaşdı. Beləliklə də, Abbas Cəfəri, Məhəmməd peyğəmbər (s) isə Əlini öz öhdəsinə götürüb öz evlərinə apardılar. Əli Məhəmməd peyğəmbər (s) peyğəmbər seçilənədək onun evində qaldı. Məhəmməd peyğəmbər (s) peyğəmbərliyə seçildikdən dərhal sonra Əli onun peyğəmbərliyini təsdiq edib onun ardıcılı oldu."
Məhəmməd peyğəmbər(s) öz uşaqlıq illərini babası Əbdül Mütəllibin vəfatından sonra əmisi Əbutalibin evində keçirdiyinə görə istəyirdi ki, böyüdükdən sonra Əbutalibin uşaqlarından birini öz öhdəliyinə götürsün. Beləliklə də, əmisi Əbutalibin və Fatimə Əsəd qızının onun üçün çəkdikləri əziyyətlərin əvəzini çıxsın. Əbutalibin uşaqları arasında Əlini Peyğəmbərin (s) gözü tutmuşdu.
Besətdən Peyğəmbərin(s) Mədinəyə hicrətinədək[
]
Hz. Əlinin ömrünün ikinci hissəsini besətdənMədinəyə hicrətə qədərki dövr təşkil edir. Bu hissə 13 ildən ibarətdir. Hz. Əlinin İslamın dirçəlişi yolunda göstərdiyi bir sıra şücaətlər və xidmətlər bu hissəyə aiddir. Peyğəmbərin (s) dəvətini əvvəllər həyat yoldaşı Xədicədən başqa Əli qəbul etmişdir.
Peyğəmbərin(s) hamisi və canişini[
]
-
İslam peyğəmbəri öz dəvətini üç il gizli saxladı. Ancaq xüsusi və gizli şəkildə dəvətini həyata keçirirdi. Kimdə qəbul hissi görürdüsə, onu da İslama dəvət edirdi. Üç ildən sonra vəhy mələyi nazil olub bildirdi ki, Məhəmməd peyğəmbər(s)dəvətini aşkara çıxartmalı və ilk növbədə öz qohum-əqrabasından başlamalıdır. Bu barədə Allah Quranda belə buyurmuşdur: Və ən yaxın qohumlarını qorxut!Sənə tabe olan möminləri qanadın altına al! [Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!] Əgər [yaxın qohumların] sənə qarşı çıxsalar, onlara belə de: "Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!" Ümumi və aşkar dəvətin qohum-əqrəbadan başlanmasının səbəbi odur ki, əgər bir nəfərin dəvətini onun öz qohum-əqrabası qəbul etməsə, onun sözü başqalarına əsla təsir göstərməyəcəkdir. Çünki yaxın qohum-əqrəba onun pis və yaxşı cəhətlərinə çox gözəl bələddirlər. Bu səbəbdən onların iman gətirməsi, Peyğəmbəri təsdiq etməsi onun doğruluğuna sübut hesab olunur. Əksinə, qohum-əqraba onun dəvətini qəbul etmədikdə bu, iddianın düzgün olmadığını bildirir.
Böyük bir şücaət[
]
Besətin 13-cü ili zilhiccə ayının 13-də Peyğəmbərlə Yəsrib (Mədinə) şəhərinin sakinləri arasında ikinci Əqəbə peymanı bağlanır. Mədinəlilər peyğəmbərin Yəsribə gəlməsini istəyərək bildirdilər ki, onlar Peyğəmbəri himayə və müdafiə edəcəklər. Həmin günün səhərindən etibarən Məkkə müsəlmanları yavaş-yavaş Yəsribə köçməyə başladılar. Bundan xəbər tutan müşriklər bildilər ki, İslam dini üçün yeni mərkəz qurulur və bu onlar üçün böyük bir təhlükə yaradır. Onlar qorxurdular ki, Məhəmməd peyğəmbər (s) Yəsribə köçdükdən sonra çəkdiyi əzab-əziyyətlərin, müşriklərin ona və müsəlmanlara qarşı göstərdiyi təzyiqlərin intiqamını almaq fikrinə düşüb müşriklərlə müharibəyə başlayacaq. Əgər müharibə etmək fikri də olmasa, Qüreyş tayfasının (Məkkənin) Yəsrib şəhərinin kənarından keçdiyi Şam şəhəri ilə Məkkəni birləşdirən ticarət yolunun qarşısını kəsəcək. Bu təhlükənin qarşısını almaq üçün besətin on dördüncü ili səfər ayının sonunda "Darun-nədvə"də – Məkkənin şura yığıncağında yığışıb təkliflər irəli sürdülər. Bəziləri belə təklif verdilər ki, Məhəmmədi (s) ya sürgün etsinlər, ya da həbsə alsınlar. Ancaq bu təklif hamı tərəfindən qəbul olunmadı. Çox götür-qoy etdikdən sonra nəhayət belə qərara gəldilər ki, peyğəmbəri öldürsünlər. Ancaq onu öldürmək heç də asan iş deyildi. Çünki əgər onu öldürsələr, Bəni–Haşim sakit oturmayıb ayağa qalxacaq və qatildən qisas tələb edəcəkdi. Nəhayət belə planlaşdırdılar ki, hər qəbilədən bir nəfər (gənc) yığışıb gecə vaxtı Məhəmmədi (s) yuxuda olarkən qətlə yetirsinlər. Belə olduqda qatil təkcə bir nəfər olmayacaq və Bəni-Haşim qisas tələb edə bilməyəcək. Çünki Məhəmmədin (s) qətlində hər bir qəbilənin nümayəndəsi var və onlar bütün qəbilələrlə vuruşa bilməzlər. Çarəsiz qalıb Məhəmmədin (s) qan bahasını (qan pulunu) almaqla kifayətlənəcəklər. Beləliklə də, hər şey bitəcək.
Bu planı həyata keçirmək üçün müşriklər rəbiüləvvəl ayının birinci gecəsini təyin etdilər.
Allah-taala Quranda müşriklərin irəli sürdükləri hər üç təklifi açıqlayaraq buyurmuşdur: "[Ya Məhəmməd!] Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da [Məkkədən] çıxarıb qovmaq üçün [Darun-nədvədə] sənə qarşı hiylə qururdular. Allah onların da [bu hiyləsinə qarşı] tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır."
Müşriklərin bu pis təklifindən sonra vəhy mələyi nazil olub Peyğəmbəri (s) bu işdən xəbərdar etdi və bildirdi ki, Məhəmməd peyğəmbər (s) (doğma vətəni olan) Məkkəni tərk edib, Yəsribə getməlidir.
Burada Məhəmməd peyğəmbər (s) Məkkədən çıxmaq üçün "iz itirmək" taktikasından istifadə etməli idi. Buna görə də, canından keçmiş şücaətli, ürəkli bir nəfər lazım idi ki, gecəni peyğəmbərin yatağında yatsın. Beləliklə, evi mühasirəyə almış müşriklər yatan şəxsin Məhəmməd peyğəmbər (s) olduğunu güman edib bütün nəzərlərini evə cəlb etsinlər və yollara nəzarət etmək fikrindən daşınsınlar. Belə bir şəxs Əli oldu.
Bu səbəbdən Məhəmməd peyğəmbər (s) Əlini müşriklərin qurduğu hiylədən agah edib ona dedi ki, bu gecə o, peyğəmbərin yerində yatmalı və Peyğəmbərin yatarkən üstünə örtdüyü yaşıl parçanı üstünə çəkib kafirlərin fikrini özünə cəlb etməlidir. (Bu yolla onlar məni təqib edə bilməyəcəklər). Əli Peyğəmbərin (s) dediyi kimi də etdi.
Müşriklər gecə olan kimi Peyğəmbərin(s) evini mühasirəyə aldılar. Səhərə yaxın əllərində qılınc Peyğəmbərin (s) evinə tökülüşdülər. Bu vaxt Əli yataqdan qalxdı. Səhərə qədər planlarını dəqiqliklə və yüz faiz həyata keçdiyini güman edən müşriklər yataqda olan şəxsin Əli olduğunu gördükdə, bərk qəzəblənərək Əlidən soruşdular: "Məhəmməd peyğəmbər (s) haradadır?" Əli onların cavabında buyurdu: "Məgər Məhəmmədi (s) mənə tapşırmışdınız ki, indi də məndən istəyirsiniz? Siz elə iş gördünüz ki, o evini atıb getməli oldu." Vəziyyəti belə görən müşriklər Əlini tutub (Təbərinin dediyinə görə) ona əziyyət verməyə başladılar. Onu Məscidül-Hərama aparıb bir az saxladıqdan sonra buraxdılar. Sonra Peyğəmbəri (s) tutmaq məqsədilə Yəsribə tərəf hərəkət etdilər.
Bu zaman Məhəmməd peyğəmbər (s) Sur mağarasında gizlənmişdi.
Əli Quranda[
]
-
-
-
-
Hicrətdən Peyğəmbərin (s) vəfatınadək[
]
Əli Peyğəmbərin (s) qardaşı[
]
İslami qardaşlıq və qardaşlıq siğəsi İslam dininin ictimai qanunlarındandır.[6] Məhəmməd peyğəmbər (s) müxtəlif yollarla bu qardaşlıq əlaqəsini yaratmaq və onu genişləndirmək üçün çox səylər etmişdir. Bu qardaşlıq əlaqəsi qardaş olmaq istəyən iki nəfərin imanı və fəzilətinin bir-biri ilə münasib gəlməsi şərtilə icra olunurdu. Bunu bir-birilə qardaş olanların vəziyyətindən də müşahidə etmək olar.
İslami qardaşlıq və qardaşlıq siğəsi İslam dininin ictimai qanunlarındandır. Peyğəmbər (s) müxtəlif yollarla bu əlaqəni (qardaşlıq əlaqəsini) yaratmaq və onu genişləndirmək üçün çox səylər etmişdir. O cümlədən, Peyğəmbər (s) Yəsribə gəldikdən sonra mühacirlər (hicrət etmiş müsəlmanlar) və ənsar (Peyğəmbərin Mədinədəki silahdaşları) arasında qardaşlıq əlaqəsi yaratmaq fikrinə düşdü. Buna görə də, bir gün müsəlmanlar arasında ayağa qalxıb buyurdu: "Allah xatirinə bir-birinizlə iki-iki (bir mühacirlə bir ənsar) qardaş olun." Bundan sonra müsəlmanlar iki-iki qardaş oldu və beləliklə, onlar arasında mehribançılıq daha da artdı. Bu qardaşlıq əlaqəsi qardaş olmaq istəyən iki nəfərin imanı və fəzilətinin bir-biri ilə münasib gəlməsi şərtilə icra olunurdu. Bunu bir-birilə qardaş olanların vəziyyətindən də müşahidə etmək olar.
Müsəlmanlar bir-biri ilə qardaş olduqdan sonra Əli (ə) tək qaldı. Yaşarmış gözlərlə Peyğəmbərin (s) hüzuruna gəlib buyurdu: "Məni heç kimlə qardaş etmədin." Peyğəmbər (s) buyurdu: "Sən hər iki dünyada mənim qardaşımsan!" Sonra özü ilə Əli (ə) arasında qardaşlıq siğəsi oxudu.
Əli döyüş meydanlarında[
]
Əlinin həyatı Peyğəmbərin (s) hicrətindən o Həzrətin vəfatına qədər çoxlu hadisələrlə, xüsusən döyüş meydanlarında göstərdiyi hünər və şücaətlərlə doludur.
Məhəmməd peyğəmbər (s) Mədinəyə hicrət etdikdən sonra müşriklər və yəhudilərlə bir çox müharibələr aparmışdır. Bu müharibələrin iyirmi yeddisinə (böyüklü-kiçikli) peyğəmbərin özü komandanlıq etmiş və iyirmi yeddi döyüşün iyirmi altısında Əli iştirak etmişdir. Təkcə Təbuk döyüşündə Əli iştirak etməmişdir. Onda da Peyğəmbərin (s) əmrilə Mədinədə qalmışdır. Çünki münafiqlər peyğəmbərin olmamasından istifadə edib Mədinədə çevriliş edə bilərdilər. Buna görə də, Məhəmməd peyğəmbər (s) Əlini Mədinədə saxlamışdı ki, münafiqlərin çevrilişinin qarşısını alsın.
Əli Bədr döyüşündə[
]
Hamıya məlumdur ki, Bədr döyüşü müsəlmanlarla müşriklər arasında baş vermiş ilk döyüşdür. Bu döyüş ilk döyüş olduğundan iki tərəf arasında bir imtahan rolunu oynayırdı və bu döyüşdə hər hansı tərəfin qalib gəlməsi çox mühüm idi.
Bədr döyüşü hicrətin ikinci ilində baş vermişdir. Hicrətin ikinci ili Peyğəmbərə (s) xəbər çatır ki, Qüreyşin ticarət karvanı İslamın köhnə düşməni olan Əbu Süfyanın başçılığı ilə Şamdan Məkkəyə qayıtmaq istəyir. Əvvəldə dediyimiz kimi Şama gedən ticarət yolu Mədinənin kənarından keçirdi.
Məhəmməd peyğəmbər (s) mühacir və ənsardan təşkil olunmuş üç yüz on üç nəfərlik bir ordu götürüb Qüreyşin karvanını ələ keçirtmək məqsədilə Bədr məntəqəsinə yola düşdü. Peyğəmbərin (s) bu hərəkətdə məqsədi müşriklərə əsas ticarət yolunun müsəlmanların əlində olduğunu çatdırmaq idi. Əgər müşriklər İslamı yaymaqda müsəlmanlara mane olmaqla onları rahat buraxmasalar, müsəlmanlar da onların əsas ticarət yolunu kəsəcəklər.
Müsəlmanların hərəkətindən xəbər tutan Əbu Süfyan karvanın yolunu dəyişib Qırmızı dənizin kənarı ilə hərəkət edərək Mədinədən uzaqlaşdı. Bir nümayəndə göndərib müşrikləri vəziyyətdən xəbərdar edərək Məkkə əhlindən müsəlmanlarla vuruşmaq üçün kömək istədi. Əbu Süfyanın başçılığı ilə doqquz yüz əlli nəfərdən min nəfərə qədər cəngavər müşrik Mədinəyə tərəf yola düşdü. Ramazan ayının (hicrətin ikinci ilində) on yeddisində müsəlmanlarla müşriklər Bədr quyuları kənarında üz-üzə gəldilər. Müşriklər sayca üç dəfə müsəlmanlardan artıq idilər.
Döyüş başlayanda Qüreyşin ən güclü qəhrəmanlarından üçü–Ütbə (Əbu Süfyanın qaynatası, Hindənin atası), Şeybə (Ütbənin böyük qardaşı) və Vəlid (Ütbənin oğlu) meydana çıxıb döyüşçü tələb etdilər. Bu zaman ənsardan üç nəfər irəli çıxıb özlərini tanıtdıraraq onlarla vuruşmaq istədilər. Qüreyş pəhləvanları onlarla vuruşmağa razı olmayıb qışqırdılar: "Ey Məhəmməd! Bizimlə vuruşmağa öz qohumlarımızdan, bizim şənimizə layiq olan adamlardan göndər!"
Bu zaman Məhəmməd peyğəmbər (s) Übeydə ibn Haris ibn Əbdül Müttəlibə, Həmzə ibn Əbdül Müttəlibə və Əli ibn Əbutalibə əmr etdi ki, meydana çıxıb o üç nəfərlə vuruşsunlar. Onlar meydanın ortasına gəlib özlərini tanıtdırdılar. Müşriklər (Ütbə, Şeybə və Vəlid) onların üçünü də qəbul edib dedilər: "Bəli, siz bizim şənimizə layiqsiniz". Beləliklə, Həmzə Şeybə ilə, Übeydə Ütbə ilə və döyüşçülərin ən cavanı olan Əli Müaviyənin dayısı (Əbu Süfyanın qaynı, Hindənin qardaşı və Ütbənin oğlu) Vəlidlə vuruşmalı oldu. Təkbətək döyüş başlandı. Əli və Həmzə tez bir zamanda öz rəqiblərini öldürdülər. Ancaq Übeydə ilə Ütbə hələ də vuruşurdular. Heç biri digərini məğlub edə bilmirdi. Buna görə də, rəqiblərini öldürmüş Əli ilə Həmzə Übeydənin köməyinə çatıb Ütbəni də öldürdülər.
İslamın üç böyük qəhrəmanlarının təkbətək döyüşdə qalib gəlmələri müşriklərin ordu başçılarının ruhiyyəsini tamamilə zəiflətdi. Bundan sonra ümumi döyüş başlandı. Ancaq bunun da bir xeyri olmadı. Müşriklər məğlub oldu və yetmiş nəfər əsir düşdü...
Ühüd döyüşü[
]
Qüreyş müşriklərinin ruhiyyəsi Bədr döyüşündəki məğlubiyyət nəticəsində çox zəifləmişdi. Buna görə də, onlar qərara aldılar ki, bu məğlubiyyətin əvəzini çıxmaq və ölənlərin intiqamını almaq üçün sayca çoxlu və qüvvətli bir ordu ilə Mədinəyə hücum etsinlər.
Peyğəmbərin (s) kəşfiyyat dəstəsi Qüreyşin bu fikrini Peyğəmbərə (s) çatdırdı. Məhəmməd peyğəmbər(s) nizami bir şura təşkil etdi. Şuradakıların bir çoxu belə bir təklif irəli sürdülər ki, müsəlmanlar müşriklərlə vuruşmaq üçün Mədinədən kənara çıxmalıdırlar.
Məhəmməd peyğəmbər (s) min nəfərlik ordu ilə Mədinənin şimalında yerləşən Ühüd dağına tərəf hərəkət etdi. Yolun yarısında İslam ordusundan məşhur münafiq Abdullah ibn Übeyyin üç yüz tərəfdarı onun sözü ilə Mədinəyə qayıtdı. Beləliklə, İslam ordusunda cəmi yeddi yüz nəfər döyüşçü qaldı. Hicrətin üçüncü ili şəvval ayının yeddisi səhər çağı iki qoşun Ühüd dağının ətəyində bir-biri ilə üz-üzə gəldi.
Məhəmməd peyğəmbər (s) döyüş başlamazdan qabaq bütün məntəqəni nəzərdən keçirtdi. Peyğəmbərin nəzərini dağın başında olan yol özünə cəlb etdi. Məhəmməd peyğəmbər (s) fikirləşdi ki, kafirlər döyüşün qızğın vaxtında oradan keçib müsəlmanlara arxadan zərbə endirə bilərlər. Bu təhlükənin qarşısını almaq məqsədilə, Məhəmməd peyğəmbər (s) Abdullah ibn Cübeyr adlı şəxsi əlli nəfər oxatanla həmin yolu nəzarət altına almağa göndərdi. Məhəmməd peyğəmbər (s) ona dönə-dönə tapşırdı ki, əsla oranı boş qoymamalı, hətta müsəlmanlar qalib gəldiyi halda da, oradan uzaqlaşmasınlar.
Digər tərəfdən o vaxtın döyüşlərində bayraqdar (bayrağı əlində tutan) çox böyük əhəmiyyət daşıyırdı. Buna görə də, bayraq həmişə şücaətli və qüvvətli şəxsə verilirdi. Bayraqdarın ayaq üstə olması və bayrağın daima uca qalması döyüşçülərin ruhiyyəsini artırırdı. Eləcə də əksinə, bayraqdarın ölməsi və bayrağın yerə düşməsi döyüşçülərin ruhiyyəsini zəiflədirdi. Buna görə də, döyüşçülərin ruhiyyəsini artırmaq üçün döyüşdən qabaq neçə nəfər bayraqdar təyin olunurdu. (Əgər biri öldü o biri bayrağı tutardı. Əgər o da ölsə, üçüncü, dördüncü... şəxs bayrağı tutardı.)
Ühüd döyüşündə Qüreyş bu qaydaya əməl edib ən şücaətli tayfa olan "Bəni–Əbdüddar" qəbiləsindən bir neçə bayraqdar təyin etdi. Ancaq döyüş başlanan kimi onların bayraqdarları bir-birinin ardınca Əlinin qılıncı ilə həlak olurdu. Beləliklə də, müşriklərin bayrağı yerə düşür və qoşun qaçmağa üz tuturdu. İmam Sadiq bu barədə buyurmuşdur: "Ühüd döyüşündə müşriklərin doqquz bayraqdarı olmuş və onların doqquzu da Əlinin qılıncı ilə qətlə yetirilmişdir."
Qüreyş ordusu zəiflədi, bayraqdarları bir-birinin ardınca yerə sərildilər. Dağın başındakı yolu qoruyan oxatanlar bunu görüb qənimət ələ keçirtmək üçün yerlərini boşaldıb aşağı enmək istədilər. Onların başçısı Abdullah Peyğəmbərin (s) tapşırığını bir daha onlara xatırlatdı. Ancaq onlar Abdullahın sözünə heç bir məhəl qoymayıb qırx nəfərdən çox oxatan qənimət ələ keçirtmək üçün dağdan aşağı endi. Abdullah isə on nəfərdən az oxatanla dağın başında qaldı.
Bu hadisəni müşahidə edən Xalid ibn Vəlid müsəlmanların dağın başındakı yolu gözdən buraxdıqlarını dərhal görüb bir dəstə ilə ora hücum edərək orada qalan beş-on nəfər oxatanı öldürdü və arxadan müsəlmanlara hücum etdi. Bunu görən Əmrə binti Əlqəmə adlı Qüreyşin müşrik qadınlarından biri Qüreyşin ayaq altına düşmüş bayrağını qaldıraraq döyüşçülərin ruhiyyəsini artırdı. Bundan sonra döyüşün gedişatı tamamilə dəyişdi. Müsəlmanların nizami sıraları bir-birinə dəydi. Səflər bir-birindən ayrıldı. Döyüşçülərin baş komandanla əlaqəsi kəsildi. Beləliklə, müsəlmanlar məğlubiyyətə uğradılar. İslam mücahidlərinin təxminən yetmiş nəfəri, o cümlədənHəmzə ibn Əbdül Müttəlib (Peyğəmbərin (s) əziz əmisi) və İslam ordusunun bayraqdarlarından biri Müsəb ibn Ümeyr şəhid oldular.
Digər tərəfdən döyüş meydanında müşriklər Peyğəmbərin (s) öldürülməsi şayiəsini yaymaqla müsəlmanların bir çoxunun ruhiyyəsini zəiflətdilər. Bir tərəfdən Peyğəmbərin (s) ölüm şayiəsi, digər tərəfdən isə müşriklərin yenidən hücuma keçməsi müsəlmanların əksəriyyətinin döyüş meydanından qaçmasına səbəb oldu. Döyüş meydanında Peyğəmbərin (s) ətrafında tək-tük adam qalmışdı. İslamın həssas və böhranlı anları gəlib çatmışdı. Burada Həzrəti Əli misilsiz şücaət və rəşadətlə Peyğəmbərin (s) kənarında vuruşur və İslamın müqəddəs rəhbəri Həzrəti Məhəmmədi (s) müşriklərin amansız və ardıcıl hücumlarından qoruyurdu.
İbn Əbil Hədid yazır: "Elə ki, Peyğəmbərin (s) səhabələrinin çoxu qaçmağa başladı, müşriklər peyğəmbərə hücumlarını artırdılar. Bəni–Kənanə qəbiləsindən bir dəstə, Bəni–Əbd Mənat dəstəsindən də digər bir dəstə Peyğəmbərə (s) tərəf hücum etdilər. Onların arasında dörd adlı-sanlı pəhləvan gözə dəyirdi. Məhəmməd peyğəmbər (s) Əliyə əmr etdi ki, bunların hücumunun qarşısını alsın. Əli piyada vuruşurdu. Əlli nəfərdən ibarət olan bu dəstəyə hücum edib onları bir-birindən ayırdı. Onlar bir neçə dəfə birləşib Peyğəmbərə (s) hücum etmək istəsələr də, ancaq Əlinin müqavimətini qıra bilmədilər. Bu hücumlarda yuxarıda qeyd etdiyimiz dörd pəhləvan və tarixdə adları məlum olmayan digər on nəfər Əlinin qılıncı ilə yerə sərildilər.
Əli "Əhzab" (Xəndək) döyüşündə[
]
Əhzab döyüşü adından da məlum olduğu kimi İslamın müxtəlif düşmənlərinin əl-ələ verib təzəcə çiçəklənmiş İslamı aradan aparmaq istədikləri döyüşdür.
Bəzi tarixçilər bu döyüşdə iştirak edən kafirlərin sayının on mindən çox olduğunu bildirmişlər. İslam ordusu isə cəmi üç min nəfər idi.
Bu döyüşün rəhbərliyini öhdələrinə götürmüş Qüreyş başçıları öz ordularının say çoxluğunu və əllərində olan çoxlu döyüş avadanlıqlarını nəzərə alaraq belə güman edirdilər ki, bu döyüşlə onlar müsəlmanları tamamilə məhv edəcək və Məhəmmədi (s) aradan götürməklə onun və silahdaşlarının əlindən bir dəfəlik yaxa qurtaracaqlar.
Kafirlərin hərəkət xəbəri Peyğəmbərə (s) çatdırıldıqda, Məhəmməd peyğəmbər (s) nizami şura təşkil etdi. Bu şurada Salman Farsi belə təklif etdi ki, Mədinənin kənarında xəndək qazıb kafirlərin şəhərə girməsinə mane olsunlar. İrəli sürülən bu təklif hamı tərəfindən razılıqla qarşılandı. Bir neçə gün müddətində müsəlmanların göstərdiyi işgüzarlıq nəticəsində xəndək hazır oldu. Xəndəyin eni elə idi ki, düşmən atlıları onu keçə bilməzdilər. Dərinliyi də elə idi ki, onun içinə düşən asanlıqla qırağa çıxa bilməzdi.
Kafirlər yəhudilərin köməyi ilə gəlib şəhərin kənarına çıxdılar. Onlar güman edirdilər ki, əvvəlki (Bədr və Ühüd döyüşlərində olduğu) kimi yenə müsəlmanlarla Mədinə şəhərinin kənarında üzləşəcəklər. Ancaq onlar bu dəfə şəhərin kənarında müsəlmanlardan əsər-əlamət görməyib Mədinəyə tərəf irəliləməyə başladılar. Şəhərə çatanda, şəhər kənarında qazılmış enli və dərin xəndək onları təəccübləndirdi. Çünki onlar o vaxta qədər ərəb müharibələrində xəndəkdən istifadə etməyi görməmişdilər. Məcbur olub xəndəyin kənarından Mədinə şəhərini mühasirəyə aldılar.
Bəzi rəvayətlərə görə Mədinə şəhəri bir ay mühasirədə qaldı.
Qüreyş əsgərləri nə vaxt xəndəyi keçmək fikrinə düşürdülərsə, müsəlmanların xəndəkdə qoyduqları yaxın fasiləli gözətçilərlə üzləşməli olurdular. Müsəlmanlar ox və daş atmaqla onların ehtimal olunan bütün hücumlarının qarşısını alırdılar. Hər iki tərəfin ox atması gecə-gündüz davam edirdi. Ancaq tərəflərin heç biri digərinə üstün gələ bilmirdi.
Digər tərəfdən Mədinənin belə bir ordunun mühasirəsində qalması müsəlmanların bir çoxunun ruhiyyəsini zəiflətmişdi. Üstəlik Mədinənin daxilində yaşayan yəhudilərin, Bəni–Qüreyzə tayfasının əhdinə vəfasız çıxması və kafirlər xəndəyi aşdıqdan sonra düşmən ordusuna birləşərək arxadan müsəlmanlara hücum edəcəyi planı məlum olduqdan sonra müsəlmanların ruhiyyəsi daha da zəiflədi.
Qurani-Kərim müsəlmanların bu mühasirədəki çətin və böhranlı vəziyyətini Əhzab surəsində çox gözəl şəkildə bəyan etmişdir.[7].
Ancaq müsəlmanların bu çətinliyinə baxmayaraq xəndək, kafirlərin hücumunun qarşısını alırdı və onlar (kafirlər) vəziyyətin bu cür davam etməsinə davam gətirə bilmirdilər. Çünki hava üzü soyuğa gedirdi və digər tərəfdən də kafirlərin özləri və heyvanları üçün gətirdikləri yemək qurtarmaq üzrə idi. Onlar Bədr, Ühüd kimi kiçik müddətli döyüş üçün tədarük hazırlamışdılar. Ancaq mühasirə uzun çəkdiyindən və müsəlmanların müqavimətini uzun müddət qıra bilmədiklərindən yeməkləri yavaş-yavaş qurtarır və az qalırdı ki, vuruşmaq fikrindən daşınıb geri qayıtsınlar. Ruhiyyələri get-gedə zəifləyirdi. Nəhayət ordu başçıları belə qərara gəlirlər ki, cəsur və şücaətli pəhləvanlar nəyin bahasına olursa–olsun, birtəhər xəndəyi aşıb o tərəfə keçsinlər. Bəlkə bununla müsəlmanların müqavimətini qıra bilələr. Beləliklə, kafirlərin qəhrəmanlarından beşi atlarını xəndəyin kənarında oynadaraq xəndəyin ensiz hissəsindən o biri tərəfə atılırlar. Xəndəyi aşdıqdan sonra təkbətək döyüşmək üçün rəqib istədilər.
Bu pəhləvanlardan biri ərəblərin ən qüdrətli cəngavəri olan Əmr ibn Əbdəvəd idi. O, Yəlyəl adlı bir yerdə bir orduya təkbaşına qalib gəldiyi üçün onu "Yəlyəl atlısı" (Yəlyəl qəhrəmanı) adlandırmışdılar. O, Bədr döyüşündə yaralandığı üçün Ühüd döyüşündə iştirak edə bilməmişdi. İndi Xəndək vuruşuna gəlmişdi ki, özünü göstərsin.
Əmr ibn Əbdəvəd xəndəyi aşdıqdan sonra vuruşmağa rəqib tələb etdi. Onunla vuruşmağa heç kimin çıxmadığını görüb bir az ürəkləndi və müsəlmanların əqidələrinə istehza (rişxənd) məqsədilə toxunub dedi: "Siz ki, deyirsiniz sizin ölülər Cənnətə, bizimkilər isə Cəhənnəmə gedir, onda sizdən biri gəlsin mən onu Cənnətə göndərim, ya da o məni Cəhənnəmə göndərsin." Sonra bir az rəcəz (nizami şeir) oxuyub dedi: "Sizin aranızdan bir rəqib tələb etmək üçün o qədər qışqırıb "mənimlə vuruşan varmı?" dedim ki, səsim tutuldu." Hər dəfə Əmr qışqırıb rəqib istədikdə, yalnız Əli ayağa qalxıb Peyğəmbərdən (s) vuruşmaq üçün izn istəyirdi. Ancaq Məhəmməd peyğəmbər (s) ona izn vermirdi. Əli üç dəfə ayağa qalxdı, lakin Məhəmməd peyğəmbər (s) razılıq vermədi. Əli bir daha icazə istədikdə Məhəmməd peyğəmbər (s) Əliyə buyurdu: "Əli! Bu Əmr ibn Əbdəvəddir!" Əli də dedi ki, ya Rəsuləllah, mən də Əliyəm! Nəhayət Məhəmməd peyğəmbər (s) Əliyə izn verdi. Məhəmməd peyğəmbər (s) öz qılıncını Əliyə verib öz əmmaməsini onun başına bağlayaraq onun üçün dua etdi.
Bu hədisdən asanlıqla məlum olur ki, bu iki nəfərdən birinin digərinə qalib gəlməsi imanın şirkə, yaxud da şirkin imana qalib gəlməsidir. Başqa sözlə desək, bu döyüş çox həlledici rol oynayırdı. Belə ki, İslamın, yaxud şirkin gələcək taleyi bu döyüşdən asılı idi.
Əli piyada meydana yollandı. Əmrlə üz-üzə gəldikdə ona dedi: "Sən söz vermişdin ki, Qüreyş tayfasından bir kişi səndən üç şey istəsə, onun birini yerinə yetirəcəksən." (Əli özü də Qüreyş tayfasından idi.) Əmr dedi: "Düzdür." Əli: "Mənim birinci istəyim budur ki, İslam dinini qəbul edib müsəlman olasan."
Əmr: "Bundan keç."
Əli: "Gəl Məhəmməd peyğəmbər (s) döyüşmək fikrini başından at, çıx get. Əgər Məhəmmədin (s) dedikləri düz olarsa, onda sən onun vasitəsilə dünyanın ən səadətli insanı olacaqsan, yox əgər onun dedikləri yalan olarsa, onda sən dava etmədən də öz istəyinə nail olmuş olarsan."
Əmr: "Xeyr, Qüreyş qadınları belə fikirləşməyəcəklər. (Onlar mənim səndən qorxub meydandan qaçdığımı zənn edəcəklər.) Mən nəzir etmişəm ki, Məhəmməddən intiqamımı almayınca başıma yağ çəkməyəcəyəm."
Əli: "Elə isə onda atdan düş mənimlə vuruşaq."
Əmr: "Heç güman etməzdim ki, bir ərəb məndən belə istək diləsin. Mən istəmirəm sən mənim əlimlə qətlə yetiriləsən. Çünki atanla dostluq etmişəm. Qayıt get, sən hələ cavansan."
Əli: "Ancaq mən səni öldürmək istəyirəm."
Əmr Həzrəti Əlinin bu sözündən qəzəblənib atdan yerə endi. Əlinin üstünə hücum etdi. Gərgin döyüş başladı. Hər iki cəngavər bir-birinə zərbələr endirirdilər. Əmr fürsət tapıb Əlinin başına güclü bir zərbə endirdi. Həzrəti Əli özünü müdafiə etmək üçün qalxanı başına tutdu. Lakin qalxan iki yerə bölündü və Əlinin başı yaralandı. Həzrəti Əli də fürsətdən istifadə edib Əmrə güclü zərbə endirdi. Həmin zərbə nəticəsində Əmr yerə sərildi.
İslam ordusu sevincindən fəryad edirdi. Hamı bildi ki, Əli ərəblərin ən məşhur pəhləvanını öldürmüşdür.
Əmrlə birgə xəndəkdən aşmış digər dörd pəhləvan meydanda durub Əli ilə Əmrin mübarizəsinin nəticəsini gözləyirdilər. Elə ki, onlar Əmrin öldürüldüyünü gördülər, qaçmağa üz tutdular. Onlardan üçü xəndəyi aşıb öz ordularına qoşula bildi. Lakin onlardan biri – Nofəl adlı pəhləvan xəndəyi keçərkən yıxılıb xəndəyə düşdü. Əli xəndəyə qayıdıb onu da öldürdü.
Əmrin ölməsi düşmənin ruhiyyəsinin zəifləməsinə səbəb oldu. Onlar artıq Mədinəyə hücum etmək fikrindən daşınıb naümid olaraq hər qəbilə öz yurduna dönmək fikrinə düşdü.
Düşmənə sonuncu zərbəni Allah|Allah-taala]] güclü külək və tufanla endirdi. Düşmən qaçıb öz vətəninə dönməli oldu.
]
İslam Peyğəmbəri (s) hicrətin yeddinci ili belə qərara gəlir ki, Mədinənin kənarındakı Xeybər qalasının yəhudilərinə hücum etsin. Peyğəmbərin (s) bu işə əl atmasının iki səbəbi var idi:
- Xeybər qalası yenicə çiçəklənməkdə olan İslam hökuməti üçün fitnə-fəsad mərkəzinə çevrilmişdi. Bu qalanın yəhudiləri dəfələrlə İslam düşmənlərilə əl-ələ verib Mədinəyə hücum etmişdilər. Xüsusilə onların xəndək döyüşündə böyük rolu olmuşdu.
- O zamanlar dünyanın ən böyük imperiyaları olan İran və Roma imperiyalarının bir-biri ilə uzun-uzadı müharibə etmələrinə baxmayaraq İslamın üçüncü bir qüdrətli dövlət kimi meydana çıxması onlar üçün dözülməz idi. Buna görə də, Xeybər yəhudiləri bu iki imperiya ilə əl-ələ verib İslamın əleyhinə yürüşlər edə bilər, yaxud müşrikləri təzə müsəlmanların əleyhinə qızışdırıb döyüşdürdükləri kimi bu iki böyük imperiyanı da cavan İslama qarşı döyüşə qaldırardılar.
Bu iki məsələ Peyğəmbərin (s) min altı yüz nəfərlik bir ordu ilə Xeybər qalasına hücum etməsinə səbəb oldu. Xeybər qalası böyük divarlara və çoxlu müdafiə qurğularına malik idi və yəhudilərin döyüşçüləri onları möhkəm qoruyurdular. İslam ordusunun döyüşçülərinin şücaəti nəticəsində qalalar çətinliklə də olsa, bir-birinin ardınca süqut edirdi. Lakin ən böyük və ən güclü pəhləvanların yığıldığı Qəmus qalası hələ də müqavimət göstərirdi. İslam mücahidləri nə qədər cəhd göstərsələr də, o qalanın müqavimətini qıra bilmirdilər. Məhəmməd peyğəmbər (s) möhkəm başağrı nəticəsində özü bilavasitə döyüş səhnəsində iştirak edə bilmir və orduya birbaşa başçılıq etmirdi.
RəsulAllah vəziyətin belə olduqunu gördükdə bu şərəfli işi Əliyə tapşırdı və buyurdu: "Sabah bu bayrağı elə bir şəxsə verəcəyəm ki, Allah o qalanı həmin şəxsin əli ilə fəth edəcək. O elə bir şəxsdir ki, Allahı və peyğəmbəri sevir, Allah və Məhəmməd peyğəmbər (s) də onu sevirlər."
O gecə Peyğəmbərin (s) bütün səhabələri fikirləşirdilər ki, görəsən Məhəmməd peyğəmbər (s) bayrağı sabah kimə verəcək? Səhər olcaq səhabələr Peyğəmbərin (s) çadırının qarşısında durub hamı ümid edirdi ki, Məhəmməd peyğəmbər (s) bayrağı ona verəcək. Bu zaman Məhəmməd peyğəmbər (s) buyurdu: "Əli haradadır?" Səhabələr cavab verdilər ki, o, gözü ağrıdığı üçün istirahət edir. Məhəmməd peyğəmbər (s) buyurdu: "Əlini buraya gətirin!" Əli gəldikdə, Məhəmməd peyğəmbər (s) onun gözünün sağalması üçün dua etdi. Peyğəmbərin (s) duası nəticəsində Əlinin gözü sağaldı. Sonra Məhəmməd peyğəmbər (s) bayrağı ona verdi. Əli dedi: "Ya Rəsuləllah! Onlarla İslamı qəbul edənə qədər vuruşacağam." Məhəmməd peyğəmbər (s) buyurdu: "İndi ora get! Elə ki qalaya yetişdin, əvvəl onları İslama dəvət et, onların Allah qarşısında olan vəzifələrini (İslam dininə itaət etməyi) onlara xatırlat! And olsun Allaha ki, bir nəfərin sənin dəvətinlə müsəlman olmasının xeyri sənin qırmızı tüklü dəvələrə yiyələnməyindən üstündür."[8] (Qırmızı tüklü dəvə ən qəşəng və ən baha dəvədir).
Əli bu vəzifəni yerinə yetirmək üçün qalaya tərəf yollandı və o möhkəm və qüdrətli qalanı misli görünməmiş bir şücaətlə fəth etdi.
Peyğəmbərin (s) nümayəndəsi[
]
İyirmi ildən artıq idi ki, İslam dini Hicazda ərəblərin müşrik qəbilələri arasında şirk və bütpərəstliyin ziddi olaraq yayılmışdı. Bu müddətdə ərəblərin demək olar ki, hamısı İslamın büt və bütpərəstlik haqqındakı məntiqindən xəbərdar olmuş və bilirdilər ki, bütpərəslik əcdadlardan kor-koranə təqlid etməkdən başqa bir şey deyil, onların (əcdadların) sitayiş etdiyi bütlər o qədər ləyaqətsizdirlər ki, nəinki başqaları üçün bir iş görə bilməzlər, hətta özlərindən belə təhlükəni uzaqlaşdırmağa qadir olmayıb, yaxud da özlərinə bir xeyir yetirə bilməzlər.
Vicdanı ayıq və qəlbi təmiz olanlar Peyğəmbərin (s) sözlərini eşitməklə öz həyatlarında böyük dəyişikliklər etdilər və bütpərəstlikdən əl götürüb Tövhidə (təkallahlığa) tərəf gəldilər. Xüsusən Məhəmməd peyğəmbər (s) Məkkəni fəth etdikdən sonra din təbliğatçıları dini aşkar şəkildə azad bir mühitdə təbliğ etməyə başladılar. Nəticədə Hicazın bir çox şəhər, qəsəbə və kəndlərində bütlər sındırıldı və ürəkaçan tövhid və haqq nidası hər tərəfdə eşidilməyə başladı. Ancaq inadkar və nadan insanlar öz keçmiş adət-ənənələrindən əl çəkə bilmir və bütpərəstlikdən əl götürmək onlara çox çətin gəlirdi. Onlar öz vicdanlarının əksinə hərəkət edərək öz çirkin adətlərindən əl çəkmir və onlarla əxlaqi və ictimai pozğunluqlara səbəb olan bu cür işlərdən itaət edirdilər. Buna görə də, Məhəmməd peyğəmbər (s) hər cür bütpərəstlik və qeyri-insani hərəkətlərə qarşı nizami qoşun yeritməklə və qüdrətə arxalanmaqla əxlaqi və ictimai pozğunluqların mənşəyi olan, daha doğru desək, insaniyyət məqamının hörmətini aradan aparan bütpərəstliyi birdəfəlik məhv etmək istəyirdi.
Bununla həmzaman olaraq Quranın "Bəraət" (Tövbə) surəsi nazil oldu və onun Məkkə müşriklərinə oxunması vəhy edildi. "Bəraət" surəsi elə bir vaxtda nazil oldu ki, Peyğəmbərin (s) Həcc mərasiminə getmək fikri yox idi. Çünki ondan bir il qabaq – Məkkənin fəth olunduğu ildə Allah evini ziyarət etmiş və bir də gələn il (sonralar bu ziyarət "Həccətül-vida" (vida həcci) adlandırıldı) həccə ziyarətə getmək istəyirdi. Buna görə də, Allahın hökmünü çatdırmaq üçün bir nəfəri Məkkəyə göndərməli idi. Məhəmməd peyğəmbər (s) əvvəl Əbu Bəkiriyanına çağırıb "Bəraət" surəsinin ilkin ayələrini ona öyrətdi və onu qırx nəfərlə Məkkəyə göndərdi. Tapşırdı ki, Qurban bayramı günü bu ayələri müşriklərə oxusun. Əbu Bəkr Məkkəyə təzəcə yola düşmüşdü ki, vəhy nazil olub Peyğəmbərə (s) əmr edildi ki, bu xəbəri ya peyğəmbərin özü, ya da peyğəmbərdən olan bir nəfər müşriklərə çatdırmalıdır. Bu iki nəfərdən başqa heç kimin bu işə səlahiyyəti çatmır. Peyğəmbər ayələri oxumaq üçün Əliyə təlimat verib göndərdi. Əli yolda Əbu Bəkiri görüb Peyğəmbərin (s) buyurduğunu ona dedi. Əbu Bəkir də ayələri Əliyə təhvil verdi. Əli Məkkəyə daxil olub zilhiccə ayının 10-u (Qurban bayramı günü) Cəməreyi-Əqəbənin üstünə çıxıb uca səslə "Bəraət" surəsinin ilk ayələrini və Peyğəmbərin (s) dörd maddədən ibarət xəbərdarlığını müşriklərə çatdırdı.
Bunu eşidən müşriklər başa düşdülər ki, artıq onların cəmi dörd ay vaxtları qalıb ki, İslam hökumətinə qarşı öz münasibət və fikirlərini bildirsinlər. Bu xəbərdarlıq müşriklərə böyük təsir etdi və dörd ay keçməmiş onlar dəstə-dəstə İslam dinini qəbul etdilər. Hicrətin 13-cü ili qurtarmamış Hicazda bütpərəsliyin kökü kəsildi.
Peyğəmbərin (s) vəfatından Əlinin xilafətinədək[
]
Əlinin xilafət başına gəlməsi mərhələsi. Bu mərhələ Əlinin dörd il doqquz ay, ondan sonra isə Həsənin bir neçə aylıq xəlifəliyini əhatə edir. Bu mərhələnin az müddət olmasına baxmayaraq (Əli və Həsən bir çox çətinliklərlə üzləşmiş, İslamın müxtəlif düşmənləri tərəfindən təzyiqlərə məruz qalmışdır, ancaq bununla belə, bu mərhələ İslam hökumətinin ən parlaq mərhələsi hesab olunur.
İslam hökuməti və dövlət quruluşunun gücləndirilməsi üçün aparılan az müddətli səylər mərhələsi. Bu mərhələ Həsənin sülhündən (hicrətin qırx birinci ili) Hüseynin şəhadətinə qədər (hicrətin altımış birinci ili, məhərrəm ayına qədər) olan iyirmi ili əhatə edir.
Məhəmmədin canişinliyi[
]
-
Daxili və xarici təhlükələr[
]
Əli bin Əbu Talib bu təhlükələrin uzaqlaşdırılması ücün çalışıb:
Peyğəmbərin (s) ömrünün sonlarında müsəlman olmuş bir çox qəbilə və tayfalar hələ lazım olan İslami təlimləri tam öyrənməmişdilər. İman nuru onların qəlbində hələ tam şəkildə təşəkkül tapmamışdı. Elə ki, Peyğəmbərin (s) vəfat xəbəri onların arasında yayıldı, onların bir çoxu yenidən müşrik olub bütpərəstliyə qayıtdılar. Mədinədə İslam hökuməti ilə açıq-aşkar müxalifət etməyə başladılar, İslam vergilərini (xüms, zəkat və s.) ödəməkdən boyun qaçırdılar. Hələ bu azmış deyə nizami ordu toplayıb Mədinəni möhkəm qorxuya da saldılar. Buna görə də, yeni qurulmuş İslam hökumətinin bunlara qarşı ilk tədbiri o oldu ki, müsəlmanlardan ibarət bir ordu təşkil olundu və müxaliflərin qiyamı müsəlman ordusunun səyi nəticəsində yatırdıldı.
Dindən çıxmış şəxslərin qiyam etməsi təhlükəsindən başqa bir sıra yalançı peyğəmbərlərin, o cümlədən Müseyləmə, Tüleyhə və Səccah kimilərin meydana gəlməsi və hər birinin öz ətrafına dəstə toplayaraq Mədinəyə hücum etmək fikrində olmaları da bu təhlükələrdən biri idi. Ancaq müsəlmanların birləşib müqavimət göstərməsi nəticəsində bu təhlükə də sovuşdu.
Roma imperiyasının hücum etmə ehtimalı da digər tərəfdən müsəlmanlar üçün təhlükə yaratmışdı. Çünki o vaxta qədər müsəlmanlarla romalılar üç dəfə vuruşmuşdular və elə buna görə də, romalılar müsəlmanları özlərinə böyük təhlükə sanır və onlara hücum etmək üçün fürsət axtarırdılar. Əgər Əli xilafət uğrunda mübarizəyə qalxsaydı, müsəlmanlar arasında vətəndaş müharibəsi baş verər və daxili cəbhənin zəifləməsi nəticəsində romalılar üçün ən yaxşı əlverişli bir fürsət yaranardı.
Əlinin xəlifələr dövründəki fəaliyyəti[
]
1) Allah-taalaya ibadət.
2) Quranın təfsiri və bir çox ayələrdəki müşküllərin həlli və İslam aləminin böyük təfsirçisi Abdullah ibn Abbas kimi tələbələr yetişdirmək;
3) Dünya alimlərinin, xüsusilə Peyğəmbərin (s) vəfatından sonra onun dini barədə maraqlanan və Mədinəyə gəlib müsəlmanlara suallar verən yəhudi və məsihi alimlərinin suallarına cavab vermək; Bu suallara danışığında Tövrat və İncildən xəbərdar olması.
4) İslamda o vaxtadək görünməyən yeni hadisələrin şəri hökmlərini bəyan etmək; Bəzi vaxtlar mühakimə və qəzavət elə dolaşıq olurdu ki, qazılar onun həllində aciz qalırdılar. Əlinin qəzavətləri və onun Quran ayələrindən çıxardığı gözəl yeniliklər hədis və tarix kitablarında öz yerini tapıb. Bəzi alimlər bunlar haqqında ayrıca kitablar yazmışlar.
5) Ruhu təmiz, pak və seyri-süluk üçün hazır olan insanları təlim-tərbiyə etmək; Bu yolla onlar Əlinin mənəvi rəhbərliyi sayəsində mənəvi kamal qüllələrini fəth edir və zahiri gözləri ilə görə bilmədiklərini batini və mənəvi gözlə görürdülər.
6) Bir çox kimsəsizlər və kasıbların dolanışığını təmin etmək; Əli öz zəhməti ilə bağlar salıb, quyular qazıb onları vəqf edirdi.
Əli və xəlifələrin elmi və siyasi müşkülatının həlli[
]
Əbu Bəkir və Ömər bin Xəttab öz xəlifəlik dövrlərində siyasi, maarif, əqaid (əqidələr), Quranın təfsiri, İslami məsələlərin əsl və fərlərində Əliyə müraciət edirdilər və Əlinin bu barədə verdiyi məşvərətlərdən, yol göstərmələrindən bəhrələnirdilər.
Romalılarla müharibə[
]
Yeni İslam hökumətinin əsas düşmənlərindən biri Roma imperiyası olmuşdur. Roma daima İslamı Şimal tərəfdən hədələyirdi. Məhəmməd peyğəmbər (s) ömrünün son anlarınadək Roma imperiyasının təhlükəsindən qafil olmamışdı. Hətta bir dəfə hicrətin səkkizinci ilində Cəfəri-Təyyarın başçılığı ilə Şam istiqamətində bir ordu da göndərmişdi. Ancaq İslam ordusu üç başçısını və bir çox əsgərini itirərək heç bir nəticə almadan Mədinəyə qayıtmışdı. Sonradan hicrətin doqquzuncu ili Məhəmməd peyğəmbər (s) böyük bir ordu ilə Təbuk məntəqəsinə tərəf getdi. Ancaq müsəlmanlar düşmənlə rastlaşmadan Mədinəyə qayıtdılar. Bu səfərin bir sıra parlaq nəticələri oldu. Tarixdə bunların hamısı qeyd olunmuşdur. Romalıların hücum təhlükəsi həmişə Peyğəmbərin (s) fikrini cəlb edirdi. Bu cəhətdən Məhəmməd peyğəmbər (s) ömrünün son anlarında xəstə olarkən müsəlmanlardan ibarət bir ordu təşkil edib Şama tərəf göndərdi. Bu ordu bir sıra səbəblər üzündən Mədinədən çıxmadı. Ordu Mədinənin bir neçə kilometrliyində olarkən Məhəmməd peyğəmbər (s) dünyasını dəyişdi.
Peyğəmbərin (s) vəfatından sonra Mədinənin siyasi vəziyyəti Əbu Bəkirin xəlifə seçilməsi ilə sakitləşdi. Buna görə də, səhabələrin bir dəstəsini toplayıb onlarla məsləhət etdi. Hərə bir təklif irəli sürdü. Ancaq bunların heç biri Əbu Bəkiri qane etmədi. Əbu Bəkir Əli ilə məsləhət etdi. Xəlifə Əbu Bəkir Əlinin onu ürəkləndirməsindən sevinib dedi: "Yaxşılığa yozdun və xeyirliyə müjdə verdin."
Əli ikinci xəlifə Ömər bin Xəttabın dövründə də siyasi, elmi, ictimai bir məsləhətçi idi.
Həzrəti Əlinin xəlifəlik dövrü[
]
Osmanın evi qırx doqquz gün qiyamçıların mühasirəsində qaldı. Osman nə vaxt camaatla yumşaq davranmaq istəyirdisə, Mərvan daha çox camaatı qəzəbləndirirdi. Axırda xəvariclər Osmanın evinə hücum çəkərək onu qətlə yetirdilər.
Qiyamçıların yeganə məqsədi Osmanı hökumətdən kənarlaşdırmaq idi. Düzdür, Əlinin adı Osmanın evi mühasirədə olan müddətdə dillərdə gəzirdi, lakin qiyamçılar gələcək üçün (yeni xəlifə təyin etmək üçün) qəti bir qərara gəlməmişdilər. Elə buna görə də, Osman bin Əffanı öldürdükdən sonra xəlifə seçmək çətinliyi ilə üzləşməli oldular.
Digər tərəfdən Əli, Əbdürrəhman ibn Ovf, Osman, Təlhə, Zübeyr və Səd ibn Əbil Vəqqasdan ibarət altı nəfərlik şura üzvlərindən ikisi, yəni, Əbdürrəhman ibn Ovf və Osman artıq dünyadan getmişdilər. Qalan dörd nəfər arasında Əli camaatın daha sevimlisi idi. Bu da camaatın Əliyə tərəf gəlməsinə səbəb oldu.
Tarixçilər yekdil nəzərlə Osmanın hicrətin otuz beşinci ili zil-həccə ayında öldürüldüyünü qeyd edir, ancaq hadisənin hansı gündə baş verməsi haqqında müxtəlif fikirlər söyləmişlər. Bir məsələ məlumdur ki, Osmanın ölümü ilə Əlinin xəlifə olması arasında azı dörd-beş gün fasilə olub. Bu bir neçə gün ərzində müsəlmanlar hökumətsizlik mühitində yaşadılar.
Ancaq get-gəllər, müsəlmanların təkidli istəkləri və ədalət aşiqi olan camaatın axınları Həzrəti Əlinin evinə çoxaldığından Əli camaatın beyətini qəbul etdi.
Üç cəbhədə mübarizə[
]
Əlinin hakimiyyətinin əsl ədalət əsasında olduğuna və xilafətin əsl İslam sünnələrinin diriltməsinə bir sıra şəxslər dözə bilmirdilər. Beləliklə də, bu dəstə Əlinin hökuməti qarşısında müxalif bir dəstə yaratdı.
Qasitin döyüşü (Siffeyn döyüşü)[
]
Müaviyə hələ Əli xəlifə olmazdan neçə il qabaq Şamda özü üçün xilafətə keçmək hazırlıqlarını görmüşdü. Əli xilafətə gəlcək Müaviyənin işdən kənarlaşması əmrini verdi (Müaviyə Osman bin Əffan tərəfindən Şama vali təyin edilmişdi) və onun bir an belə işdə qalmasına razılıq vermədi (Müaviyə fərman ilə razılaşmadı). Bu müxalifətin nəticəsi o oldu ki, İraq və Şam qoşunları "Siffeyn" adlı bir çöldə üz-üzə gəldilər. Əlinin ordusunun qələbəyə bircə addımı qalmışdı. Ancaq Müaviyə (Əmr Asın köməyilə) hiylədən istifadə edərək Əlinin ordusunda təfriqə və ixtilaf yaratdı. Nəhayət Əli ordusunun təkidi nəticəsində məcbur qalıb Əbu Musa Əşəri ilə (Əlinin tərəfindən) Əmr Asın (Müaviyə tərəfindən) danışıqlarına razı oldu. Belə ki, onlar (Əbu Musa Əşəri və Əmr As) İslam və müsəlmanların məsləhətləri haqda araşdırmalar aparmalı və öz nəzərlərini bildirməli idilər. Əlinin ordusundan olanların onu Əbu Musa Əşərini Əmr Asla danışıqlara göndərməsi barədəki təkidləri o dərəcəyə çatmışdı ki, əgər Əli bununla razılaşmasaydı, bəlkə də bu narazılıq İmamın ölümü ilə nəticələnərdi. Bunun da nəticəsində müsəlmanlar böyük böhranla üzləşməli olardılar.
Tərəflərin öz nəzərlərini bildirmək zamanı çatdıqda Əmr As Əbu Musa Əşərini aldatdı və Müaviyənin niyyətini camaata aşkar etdi. Danışıqlar başa çatdıqdan sonra Əlinin ordusundan bir dəstəsi onun danışıqları qəbul etməsinə görə onunla müxalifət etməyə başladı. Onlar Əlini danışıqlarla razılaşdığına görə tənqidə tutdular.
Qasitin döyüşü hicrətin otuz yeddinci ilində baş vermişdir (Bu döyüş tarixdə Siffeyn döyüşü adı ilə məşhur olmuşdur).
Mariqin döyüşü (Nəhrəvan döyüşü)[
]
Mariqin (yolunu azmışlar) Əlini Əbu Musa Əşəri ilə Əmr Asın danışıqlarına razı olmağa məcbur etmiş dəstədir. Danışıqlardan bir neçə gün sonra bu dəstə öz işlərindən peşman olub Əlidən danışıqların nəticəsi ilə razılaşmamasını istədilər. Ancaq Əli elə bir şəxs deyildi ki, öz əhdinə vəfasız çıxsın və peymanı sındırsın. Bu dəstə işi belə görüb Əliyə qarşı ordu toplamağa başladı. Nəhrəvan adlı bir yerdə Əli ilə bu dəstə arasında döyüş baş verdi. Əlinin ordusu bu döyüşdə də qalib gəldi.
Əli nəhayət, dörd il bir neçə ay (9 ay) hökumətdə olduqdan sonra hicrətin qırxıncı ili Ramazan ayının 19-cu gecəsi həmin mariqindən biri olan Əbdürrəhman ibn Mülcəm tərəfindən (Kufə məscidində namaz qılarkən) arxadan qılınc zərbəsi endirilməsi nəticəsində iki gün sonra ramazan ayınını 21-də şəhadətə qovuşmuşdur.
Əhli Sünnənin Əli bin Əbu Talibə baxışı[
]
Əhli Sünnə yekdil olaraq Əli bin Əbu Talibi 4-cü raşidi xəlifə hesab edir. Əli (ə) ilə digər xəlifələr arasında heç bir ixtilafın olmadığına inanırlar.
Şiələrin Əli bin Əbu Talibə baxışı[
]
Şiələr Əli bin Əbu Talibi bütün keçmiş peyğəmbərlərdən (Məhəmməd (s) istisna olmaqla) üstün sayır. Onlar Əli bin Əbu Talibin Əhli-Beytdən olduğunu və deməli əvvəlki 3 xəlifədən müqayisəsiz dərəcədə üstünlüyünü, onun Allah tərəfindən Peyğəmbərin canişini təyin olunduğunu, onun məsum, yəni günahsız olduğunu iddia edirlər.
Haqqında nəql olunan kəlamlar[
]
"Hz. Əmirəlmöminin Əli (ə.s.) Rəcəb ayının on üçündə Ammulfil ilinin otuzunda Məkkədə Beytullahın içində dünyaya gəldi. Nə Əlidən əvvəl, nə də ondan sonra kimsə o mübarək məkanda dünyaya gəlmə səadətinə nail olmamışdır. Hz. Əlinin (ə.s.) Kəbədə dünyaya gəlişi bir fəzilət və şərəfdir ki, uca Allah bunu sadəcə o həzrətə məxsus qılmışdır."[1]
"Fatimə binti Əsədin Əmirəlmöminin Əlini (Kərəmullahu vəchəh) Kəbənin içində dünyaya gətirdiyi mövzusunda təvatür həddində hədislər rəvayət edilmişdir.[2]
"Onun (Radiyallahu anh) mənqıbələrindən biri də doğumunun Kəbənin içində baş verməsidir."[3]
"Rəvayət edilmişdir ki, Fatimə binti Əsəd (s.ə.) hamilə halı ilə Beytullahı təvaf edirdi. Doğum sancısı vücudunu sardı, bu zaman Kəbənin divarı yarıldı və Fatimə binti Əsəd içəri daxil olub Hz. Əlini (ə.s.) orada dünyaya gətirdi."[4]